Xəbərin təfərrüatı

Rezidentlik Sertifikatı ilə Sumqayıt Texnologiyalar Parkı Ekosisteminə Rəsmi Şəkildə Qoşulduq
24 Sentyabr 2025

Rezidentlik Sertifikatı ilə Sumqayıt Texnologiyalar Parkı Ekosisteminə Rəsmi Şəkildə Qoşulduq

Bayraktar Teknoloji Azərbaycan olaraq ölkəmizin yüksək texnologiyalar və sənaye potensialının inkişafına töhfə vermək məqsədilə fəaliyyətimizi daha da genişləndiririk. Bu istiqamətdə atdığımız mühüm addımlardan biri də İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin Sədri cənab Seymur Adıgözəlov tərəfindən təqdim olunan Rezidentlik Sertifikatı ilə Sumqayıt Texnologiyalar Parkı (STP) ekosisteminə rəsmi şəkildə qoşulmağımız oldu.

STP-yə rezident kimi qoşulmaq, Azərbaycanda innovasiya mühitinin inkişafında iştirak etmək, yeni istehsal və texnoloji imkanlardan faydalanmaq üçün geniş imkanlar açır. Bu addım həmçinin, yerli kadrların hazırlanması, mühəndislik bacarıqlarının artırılması və regionda yüksək texnologiyalı məhsulların istehsalına dəstək məqsədi daşıyır.

Bu prosesdə göstərilən dəstəyə görə İqtisadi Zonaların İnkişafı Agentliyinə, STP rəhbərliyinə və bütün tərəfdaşlarımıza təşəkkür edirik. Qarşıdakı mərhələdə əsas hədəfimiz Azərbaycanda innovativ həllərin istehsalı və ixrac potensialının gücləndirilməsinə xidmət etməkdir.