Bayraktar Teknoloji Azərbaycan ilə İnnovasiyalar Mərkəzi arasında Strateji Əməkdaşlıq
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi ilə Bayraktar Teknoloji Azərbaycan MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandumu İnnovasiyalar Mərkəzinin direktoru Vüsal Rüstəmov və Bayraktar Teknoloji Azərbaycanın direktoru Hüseyin Topuz imzalayıblar.
Sənəd çərçivəsində tərəflər elm, innovasiya və süni intellekt sahələrində birgə layihələr həyata keçirəcək, tələbə təcrübə proqramları təşkil edəcək, elmi tədqiqatlarda əməkdaşlıq edəcəklər. Bundan əlavə, kadr potensialının artırılması məqsədilə təlim və seminarların təşkili, startapların dəstəklənməsi və “Demo Day” formatlı tədbirlərin keçirilməsi planlaşdırılır.
Əməkdaşlıq, Azərbaycanda innovasiya ekosisteminin güclənməsinə, gənclərin yaradıcılıq potensialının reallaşdırılmasına və yüksək texnoloji təşəbbüslərin dəstəklənməsinə xidmət edəcək.