Xəbərin təfərrüatı

Bayraktar Teknoloji Azərbaycan ilə SABAH Qrupları arasında Anlaşma Memorandumu
21 Sentyabr 2025

Bayraktar Teknoloji Azərbaycan ilə SABAH Qrupları arasında Anlaşma Memorandumu

13 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH qrupları layihəsi ilə Bayraktar Teknoloji Azərbaycan MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənədi SABAH qrupları İcra Komitəsinin rəhbəri Elza Səmədova və Bayraktar Teknoloji Azərbaycanın direktoru Hüseyin Topuz imzalayıblar.

Memorandum elm və təhsil sahəsində birgə fəaliyyətlərin genişləndirilməsini, tələbələr üçün təcrübə imkanlarının artırılmasını və innovativ layihələrin icrasını nəzərdə tutur. Əməkdaşlıq ali təhsil müəssisələri ilə sənaye arasında körpü rolunu oynayaraq tələbələrin real iş mühitində praktiki biliklər əldə etməsinə imkan yaradacaq.

Bu təşəbbüs, həmçinin Azərbaycan təhsil sistemində tətbiqi bacarıqların gücləndirilməsinə və innovasiya yönümlü kadr hazırlığının inkişafına töhfə verəcək.