Xəbərin təfərrüatı

Bayraktar Teknoloji Azərbaycan MMC və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
18 Oktyabr 2025

Bayraktar Teknoloji Azərbaycan MMC və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

“Bayraktar Teknoloji Azərbaycan” MMC ilə Milli Aviasiya Akademiyası (MAA) arasında elm, təhsil, tədqiqat və istehsal sahələrində qarşılıqlı əməkdaşlığı nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

Sənəd MAA-nın rektoru, akademik Arif Paşayev və Bayraktar Teknoloji Azərbaycan MMC-nin direktoru Hüseyin Topuz tərəfindən imzalanıb.

Memorandum çərçivəsində tərəflər birgə layihələrin həyata keçirilməsi, tələbələrin və akademik heyətin iştirakı ilə təlimlərin təşkili, ixtisasartırma və təcrübə proqramlarının reallaşdırılması istiqamətində əməkdaşlığı genişləndirməyi planlaşdırır.

Görüş zamanı qonaqlar Milli Aviasiya Akademiyasının tədris və elmi-tədqiqat laboratoriyaları, istehsalat sahələri, Tələbə yaradıcılıq evi və “Texnoritm” mərkəzi ilə tanış olublar.

Bu əməkdaşlıq iki qurum arasında elmi-texniki bilik mübadiləsini gücləndirəcək, innovativ layihələrin icrasına və yüksəkixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verəcək.