Xəbərin təfərrüatı

DÜNYA HAVASIYYAT TARİXİNDƏ BİR İLK!
20 Noyabr 2024

DÜNYA HAVASIYYAT TARİXİNDƏ BİR İLK!

BAYRAKTAR TB3 QISA ZOLAQLI GƏMİDƏN ENİŞ VƏ HAVALANMAĞI BACARAN İLK PUA OLDU
Bayraktar TB3 SPUA qısa zolaqlı gəmidən eniş və havalanmağı bacaran ilk pilotsuz uçuş aparatı olaraq dünya aviasiya tarixinə adını yazdırdı. TCG ANADOLU gəmisində həyata keçirilən gəmi üzərindən uçuş testi uğurla başa çatdı.

MUĞLA / AKSAZ
19 NOYABR 2024


Baykar tərəfindən milli və yerli olaraq inkişaf etdirilən silahlı pilotsuz uçuş aparatı Bayraktar TB3, qısa zolaqlı gəmilərdən uçuş və eniş testini müvəffəqiyyətlə tamamladı və aviasiya tarixində bir ilkə imza atdı. Bayraktar TB3, TCG Anadolu kimi qısa zolaqlı gəmilərdən eniş və uçuş edə bilən dünyadakı ilk silahlı pilotsuz uçuş aparatı oldu.

UÇARAQ KEÇİŞ EDİLDİ
Rampadan keçid testlərini uğurla tamamlayan Bayraktar TB3 PT1 və PT2 son günlərdə Edirnenin Keşan rayonundakı Baykar Uçuş Təhsil və Test Mərkəzindən havalanaraq Dalaman Hava Limanı Komandanlığına keçiş etdi. Buradakı prosesindəBayraktar TB3 PT1, TCG Anadolu üzərinə gecə və gündüz yaxın uçuşlar edərək “Yaxınlaşma Testləri”ni problemsiz başa vurdu.



TARİXİ TEST
Açıq dəniz üzərindən gəmi testlərini tamamlayan Bayraktar TB3 PT2 isə 19 noyabrda TCG
Anadolu gəmisinin 12 dərəcə meyilli rampasına malik qısa zolağından uğurla havalandı. Ege və Akdənizinin qovuşduğu nöqtədə 46 dəqiqəlik test uçuşunu həyata keçirən Bayraktar TB3, eyni qısa zolağa heç bir eniş dəstəkləyici avadanlıqdan istifadə etmədən uğurla eniş etdi. Bu test uçuşu ilə həm aviasiya, həm də dənizçilik tarixində yeni bir dövr açılmış oldu.



MİLLİ MOTORLA ƏN YÜKSƏK HƏDƏFƏ
Bayraktar TB3 SPUA, 25 iyun 2024-cü ildə Edirnenin Keşan rayonundakı Baykar Uçuş Təhsil və Test Mərkəzində keçirilən uçuşda 36.310 fut hündürlüyə qalxaraq Yüksək Hündürlük Sistem Performansı Testini uğurla tamamladı. TEI tərəfindən milli olaraq inkişaf etdirilən PD-170 motoru ilə uçan milli PUA, beləliklə mühüm bir mərhələni də keçdi. Milli aviasiya tariximizin hündürlük rekordu isə 45.118 futla Baykar tərəfindən milli və orijinal olaraq inkişaf etdirilən Bayraktar AKINCI TPUA-ya məxsusdur.

RAMPA TESTLƏRİ UĞURLA TAMAMLANIB
Bayraktar TB3 SPUA, Tekirdağ Çorluda başlayan və Edirnenin Keşan rayonundakı Baykar Uçuş Təhsil və Test Mərkəzində davam edən testlərdə ilk dəfə 1 iyun 2024-cü ildə rampadan havalandı. Keşanda Bayraktar TB3-ün yerləşdiriləcəyi TCG Anadolu gəmisinin göyərtəsindəki şərtlərlə eyni xüsusiyyətlərə malik 12 dərəcə meyilli rampa inşa edilmişdir. Test kampaniyası uğurla irəliləyən Bayraktar TB3, uğurlu rampa testləri ilə gəmi üzərində istifadəyə hazır oldu.



ÜMUMİ UÇUŞ SAATI 823-DƏN ARTIQ
Bayraktar TB3 SPUA bu günə qədər həyata keçirilən test uçuşlarında ümumilikdə 823 saat havada qaldı. Milli PUA, 20 dekabr 2023-cü ildə keçirilən uzun uçuş testində isə yerə enmədən 32 saat havada qaldı və göy üzündə 5.700 km məsafə qət etdi.

MİLLİ PUA, MİLLİ KAMERA
Bayraktar TB3 SPUA, 26 mart 2024-cü ildə ilk dəfə ASELSAN tərəfindən milli olaraq inkişaf etdirilən ASELFLIR-500 ilə uçdu. Yerinə yetirilən test çərçivəsində dünyadakı bənzərləri ilə müqayisədə ən yüksək performansa malik olan ASELFLIR-500 Elektro-Optik Kəşfiyyat, Müşahidə və Hədəfləmə Sistemi inteqrasiyası uğurla həyata keçirildi.

DƏNİZ AŞIRI GÜC FAKTORU
Bayraktar TB3 SPUA qatlanan qanad quruluşunun yanında malik olduğu qabiliyyətləri ilə öz sinfində lider pilotsuz uçuş aparatı olacaq. Görüş məsafəsindən kənar rabitə qabiliyyətinə də malik olan milli PUA, bu xüsusiyyəti ilə çox uzaq məsafələrdən idarə edilə biləcək. Beləliklə, kəşfiyyat, müşahidə, kəşfiyyat məlumatı toplama və daşıdığı ağıllı sursatlarla hücum tapşırıqlarını dəniz ötəsi hədəflərə qarşı yerinə yetirərək Türkiyənin çəkindirici gücündə çarpan təsiri yaradacaq.

İXRACAT ÇEMPİONU
Layihələrinin hamısını öz qaynaqları ilə həyata keçirən Baykar, 2003-cü ildə PUA TƏ-İN prosesinin başlanğıcından bu günə qədər gəlirlərinin 83%-ni ixracatdan əldə edib. 2023-cü ildə 1.8 milyard dollarlıq ixracat həyata keçirən Baykar, ölkəmizin bütün sektorları arasında ən çox ixrac edən ilk 10 şirkət arasında yer aldı. İxracatın Çempionları Mükafatını qazanan Baykar, 2021, 2022 və 2023-cü illərdə Müdafiə Sənayesi Başqanlığı və Türkiyə İxracatçılar Məclisi (TİM) məlumatlarına görə müdafiə və aviasiya sektorunun ixracat lideri olub. Son illərdə gəlirlərinin 90%-dən çoxunu ixracatdan əldə edən Baykar, 2023-cü ildə müdafiə və aviasiya sektorundakı ixracatın üçdə birini təkbaşına həyata keçirib. Dünyanın ən böyük pilotsuz uçuş aparatı şirkəti olan Baykar-ın hazırda bağlanmış müqavilələrinin 97.5%-i ixracat mənşəlidir. Bayraktar TB2 PUA üçün 34 ölkə, Bayraktar AKINCI TPUA üçün isə 10 ölkə olmaqla ümumilikdə 35 ölkə ilə ixracat müqaviləsi imzalanıb.