BAYRAKTAR AKINCI-DAN ELÇİN 82 VƏ LAÇİN 82 İLƏ TAM DƏQİQLİK
Bayraktar AKINCI TPUA, milli olaraq inkişaf etdirilən lazer axtarıcı başlıqlı idarəolunan sursat ELÇİN 82 və lazer axtarıcı başlıqlı LAÇİN 82 ilə həyata keçirdiyi atış testlərində hədəfləri tam dəqiqliklə vurdu.
TEKİRDAĞ / ÇORLU
15 NOYABR 2024
Müdafiə Sənayesi Başçılığının rəhbərliyi ilə həyata keçirilən Bayraktar AKINCI Layihəsi
çərçivəsində, Baykar tərəfindən milli və yerli olaraq inkişaf etdirilən Bayraktar AKINCI Hücum Pilotsuz Uçuş Aparatına (TPUA) yeni yerli istehsal sursat və sistemlərin inteqrasiyası uğurla davam edir.
DİREKT VURUŞ
Bayraktar AKINCI, ROKETSAN tərəfindən milli olaraq hazırlanan ELÇİN Lazer Rəhbər Dəsti və LAÇİN Rəhbər Dəsti ilə inteqrasiya edilmiş ümumi təyinatlı MK-82 bombası ilə həyata keçirilən atış testlərini uğurla tamamladı. Milli TPUA, ELÇİN 82, LAÇİN 82 və MAM-T sursatları ilə atış testi keçirmək məqsədilə 15 noyabr 2024-cü il, cümə günü Tekirdağın Çorlu rayonundakı AKINCI Uçuş Tədris və Test Mərkəzindən havaya qalxdı. Bayraktar AKINCI tərəfindən atılan milli və yerli sursatlar olan MAM-T, eləcə də yüksək dəqiqlikli istiqamətləndirmə dəstlərinə malik ELÇİN 82 və LAÇİN 82, hədəfləri tam dəqiqliklə vurdu.
MİLLİ SURSATLARLA HƏDƏFİ DƏQİQLİKLƏ VURUR
Bayraktar AKINCI TPUA-ya milli olaraq istehsal edilən sursatların inteqrasiya prosesi uğurla davam edir. Fərqli hədəflərə qarşı istifadə edilə bilən geniş milli sursat çeşidlərindən güc alan Bayraktar AKINCI, effektivliyini və qorxuduculuq təsirini hər keçən gün artırır. Bu günə qədər milli TPUA-nın inkişafı çərçivəsində MAM-L, MAM-L TV, MAM-T, MAM-T IIR/TV, MAM-C, TOLUN, TOLUN IIR, Teber-81, Teber-82, LAÇİN 82, LGK-81, LGK-82, HGK-82, Gökçe Rəhbər Dəsti, Gözde Rəhbər Dəsti, KGK-82-SPUA, İHA-230 Səsdən Sürətli Raket, TV Axtarıcı və Lazer Axtarıcı Başlıqlı İHA-122 Səsdən Sürətli Raket və Çakır Seyr Raketlərinin sınaqları uğurla tamamlanıb. Bayraktar AKINCI keçirilmiş atış testlərində milli sursatlarla hədəfləri tam dəqiqliklə vurub.
80 MİN SAATDIR SƏMALARDA
Strateji missiyalardakı uğurları ilə seçilən Bayraktar AKINCI TPUA, 80 min uçuş saatını uğurla tamamlayaraq Türkiyə aviasiya tarixində mühüm bir mərhələni geridə qoyub. Milli TPUA, 22 fevral 2024-cü ildə keçirilən test zamanı Aselsan tərəfindən milli olaraq inkişaf etdirilən, öz sinfində dünyanın ən qabaqcıl elektro-optik sistemi olan ASELFLIR-500 Elektro-Optik Kəşfiyyat, Nəzarət və Hədəf Sistemindən istifadə edərək ilk dəfə dəniz üzərində hərəkət edən Albatros İDA-nı uğurla məhv etmişdi.
İXRACAT ÇEMPİONU
İlk gündən bu yana bütün layihələrini öz resursları ilə həyata keçirən Baykar, 2003-cü ildəki PUA TƏ-İN prosesindən bəri gəlirlərinin 83%-ni ixracatdan əldə edib. 2023-cü ildə 1.8 milyard dollarlıq ixracat həyata keçirən Baykar, Türkiyədəki bütün sektorlar arasında ən çox ixracat edən ilk 10 şirkətdən biri olub. İxracatın Çempionları Mükafatını qazanan Baykar, 2021, 2022 və 2023-cü illərdə Müdafiə Sənayesi Başqanlığı və Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatlarına görə müdafiə və aviasiya sektorunda ixracat lideri olub. Son illərdə gəlirlərinin 90%-dən çoxunu ixracatdan əldə edən Baykar, 2023-cü ildə müdafiə və aviasiya sektorunda edilən ixracatın üçdə birini tək başına həyata keçirib. Dünyanın ən böyük SPUA ixracatçısı olan Baykarın hazırda imzalanmış müqavilələrinin 97.5%-i ixracat əsasında reallaşıb. Bayraktar TB2 SPUA üçün 34 ölkə, Bayraktar AKINCI TPUA üçün isə indiyə qədər 10 ölkə olmaqla ümumilikdə 35 ölkə ilə ixracat razılaşması imzalanıb.