BAYKAR İTALİYANIN AVİASİYA NƏHƏNGİ PİAGGİO AEROSPACE'İN YENİ SAHİBİ OLACAQ
İtaliyanın Biznes və Made in Italy Nazirliyi ölkənin tanınmış aviasiya şirkəti Piaggio Aerospace-in Baykara satışına icazə verdi.
27.12.2024
İtaliyanın Biznes və Made in Italy Nazirliyi, ölkənin aviasiya nəhəngi Piaggio Aerospace-in Baykara satılmasına rəsmi təsdiqini verdi. Dünyanın ən böyük SPUA (Silahlı Pilotsuz Uçuş Aparatları) istehsalçısı olan Baykar, İtaliyanın 1884-cü ildə təsis edilmiş köklü aviasiya şirkəti Piaggio Aerospace-in satın alınması üçün keçirilən hərracda ən yaxşı təklifi verən şirkət oldu. Baykar, müxtəlif ölkələrdən iştirak edən rəqiblərini geridə qoyaraq bu rəqabətli hərracı qazandı. Hərrac zamanı Baykar maliyyə dəyərləndirmə prosesini Pragma Konsaltinq şirkəti ilə həyata keçirdi.
140 İllik Böyük Şirkət
Aviasiya sektorunda “göyün Ferrarisi” olaraq tanınan P.180 Avanti biznes jetləri və təyyarə mühərriklərinin istehsalı ilə məşhur olan Piaggio Aerospace, həmçinin təmir, texniki xidmət və yenidənqurma (MRO) xidmətləri ilə İtaliyanın müdafiə sənayesi ekosistemində strateji rol oynayır. Piaggio, 140 illik tarixi ilə İtaliyanın texnoloji infrastruktura verdiyi mühüm töhfələri ilə tanınır.
“Piaggio Aerospace-ə Gələcək Təmin Edirik”
Şirkətin yenidən fəaliyyətə başlamasının aydın və iddialı sənaye vizyonu ilə təmin edildiyini vurğulayan İtaliyanın naziri Adolfo Urso bu barədə belə danışıb:
“Altı illik gözləmə müddətindən sonra Piaggio Aerospace-ə gələcək təmin edirik. Ölkəmiz üçün strateji əhəmiyyətə malik olan bu şirkət uzunmüddətli istehsal perspektivi ilə yenidən canlandırılacaq və korporativ strukturlar və işçi qüvvəsi qorunacaq.”
İstehsal Gücü Artırılacaq
Bu satınalma ilə Baykar Avropa aviasiya bazarındakı təsirini artıracaq və Piaggionun tarixi mirasını qoruyaraq istehsal gücünün artırılmasını təmin edəcək. Baykarın gələcək vizyonu çərçivəsində, şirkətin İtaliyada təmin etdiyi məşğulluğun artması da hədəflənir. Baykarın bu strateji addımı, Türk aviasiya sənayesinin qlobal miqyasdakı uğurlarına bir yenisini əlavə edərkən, bu razılaşma ilə Piaggionun tarixi kimliyi də gələcəyə daşınacaq.
Dünya Lideri
Baykar, 2023-cü ildə 1,8 milyard dollarlıq ixracatı ilə Türkiyədəki bütün sektorlarda ən çox ixracat həyata keçirən ilk 10 şirkət arasında yer aldı. ABŞ mərkəzli düşüncə mərkəzi CNAS-ın (Yeni Amerika Təhlükəsizlik Mərkəzi) hesabatına görə, Türkiyə dünya PUA ixrac bazarının 65%-nə nəzarət edir. Ən yaxın amerikalı rəqibindən 3 dəfə daha böyük olan Baykar isə təkbaşına bu bazarın təxminən 60%-ni əhatə edir. Son illərdə gəlirlərinin 90%-dən çoxunu ixracatdan əldə edən Baykar, ümumilikdə 35 ölkəyə Bayraktar TB2 SPUA və Bayraktar AKINCI TPUA ixrac edib.