Xəbərin təfərrüatı

Bayraktar TB3 Gəmidə 100 Sortini Tamamladı
3 İyun 2025

Bayraktar TB3 Gəmidə 100 Sortini Tamamladı

Dünya aviasiya tarixində qısa uçuş zolağı olan gəmidən tam avtomatik qalxış və eniş edən ilk PUA (pilotsuz uçuş aparatı) olan Bayraktar TB3, TCG Anadolu gəmisində davam edən sınaqlarda 100-cü sortini (bir tapşırıq üzrə havaya qalxıb, missiyanı yerinə yetirib geri qayıtması) uğurla başa vurdu.

Bu barədə Baykar şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, son sınaqlarda görüntü əsaslı süni intellekt dəstəyi ilə tam avtomatik qalxış və eniş sistemləri də test edilib.



“Baykar tərəfindən milli və orijinal şəkildə hazırlanan Bayraktar TB3 PUA, TCG Anadolu gəmisindəki sınaq fəaliyyətləri çərçivəsində daha bir əhəmiyyətli mərhələni geridə qoydu. Dünya aviasiya tarixində qısa zolaqlı bir gəmidən tam avtomatik qalxış və eniş edə bilən ilk pilotsuz uçuş aparatı olan Bayraktar TB3, TCG Anadolu gəmisində keçirdiyi sınaqlarda cəmi 100 dəfə gəmidən qalxış və eniş etməyi uğurla tamamladı. 28 may – 2 iyun tarixlərində TCG Anadolu gəmisində aparılan son sınaqlarda Bayraktar TB3-ün görüntüyə əsaslanan süni intellekt dəstəklı tam avtomatik qalxış və eniş qabiliyyəti də test edilib. Bu çərçivədə vizual xətt izləmə, gəmi tanıma, zolaq müəyyən etmə və yer müşahidəsi ilə eniş bucağının təxmini kimi mühüm funksiyalar uğurla sınaqdan keçirilib. Gəmidəki sınaqları uğurla başa vuran PT-3 və PT-4 nömrəli Bayraktar TB3-lər, Muğla Aksaz sahillərindən havaya qalxaraq Keşandakı Baykar Uçuş Təlim və Sınaq Mərkəzinə qayıtıb”.