Bayraktar Teknoloji Azərbaycan ilə Bakı Dövlət Universiteti arasında Əməkdaşlıq Memorandumu
11 aprel 2025-ci ildə Bakı Dövlət Universiteti (BDU) ilə Bayraktar Teknoloji Azərbaycan MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandumu BDU rektoru Elçin Babayev və Bayraktar Teknoloji Azərbaycanın baş icraçı direktoru Hüseyin Topuz imzalayıblar.

Çıxışında rektor Elçin Babayev memorandumun kompüter mühəndisliyi, süni intellekt, İT və digər istiqamətlərdə peşəkar kadr hazırlığında mühüm rol oynayacağını bildirib. Hüseyin Topuz da əməkdaşlıqdan böyük gözləntilərinin olduğunu vurğulayıb.
Sənəd çərçivəsində birgə tədqiqat layihələri, ortaq təlim proqramları və tələbələr üçün təcrübə imkanlarının yaradılması nəzərdə tutulur.