Bayraktar Teknoloji Azerbaycan ile Azerbaycan Devlet Petrol ve Sanayi Üniversitesi arasında İş Birliği
15 may 2025-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Bayraktar Teknoloji Azərbaycan MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənədi ADNSU rektoru Rüfət Əzizov və Bayraktar Teknoloji Azərbaycanın baş icraçı direktoru Hüseyin Topuz imzalayıblar.

Görüş zamanı ADNSU-nun tədris imkanları, mövcud proqramları və beynəlxalq əlaqələri barədə müzakirələr aparılıb. Hüseyin Topuz çıxışında şirkətin fəaliyyət istiqamətləri barədə məlumat verib və əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını qeyd edib. O, hazırda şirkətdə 22 nəfər ADNSU məzununun çalışdığını və peşəkarlıqları ilə seçildiklərini vurğulayıb.

Səfər çərçivəsində qonaqlar Azərbaycan-Türkiyə Dostluq Mərkəzini və şəhid İlhan Varankın adını daşıyan auditoriyanı ziyarət ediblər.