Xəbərin təfərrüatı

Bayraktar Teknoloji Azərbaycan ilə ADA Universiteti arasında Strateji Əməkdaşlıq
3 Sentyabr 2025

Bayraktar Teknoloji Azərbaycan ilə ADA Universiteti arasında Strateji Əməkdaşlıq

15 may 2025-ci ildə ADA Universiteti ilə Bayraktar Teknoloji Azərbaycan MMC arasında elm və təhsil sahələrində qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

 

Memorandumu ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev və Bayraktar Teknoloji Azərbaycanın baş icraçı direktoru Hüseyin Topuz imzalayıblar.

 

Sənədə əsasən, tərəflər çoxşaxəli akademik fəaliyyətlər həyata keçirəcək, ortaq kurslar, seminarlar və təlimlər təşkil edəcək, tələbə və müəllimlər üçün təcrübə və inkişaf imkanları yaradılacaq. Həmçinin birgə elmi-tədqiqat layihələrinin icrası nəzərdə tutulur.

Memorandum üç il müddətinə qüvvədə olacaq və bu dövrdə tərəflər əməkdaşlığın nəticələrini qiymətləndirəcək, gələcək təşəbbüsləri müzakirə edəcəklər.