Bayraktar Teknoloji Azərbaycan ilə Bakı Ali Neft Məktəbi arasında Anlaşma Memorandumu
15 may 2025-ci il tarixində Bakı Ali Neft Məktəbi (BANM) ilə Bayraktar Teknoloji Azərbaycan MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandumu BANM rektoru Elmar Qasımov və Bayraktar Teknoloji Azərbaycanın baş icraçı direktoru Hüseyin Topuz imzalayıblar.

Sənəd tələbə təcrübə proqramlarının genişləndirilməsi, təhsil sahəsində birgə fəaliyyətlərin təşkili və tərəflər arasında strateji əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur. İmza mərasimində BANM rektoru Elmar Qasımov memorandumun böyük əhəmiyyət daşıdığını vurğulayıb. Hüseyin Topuz isə əməkdaşlığın hər iki tərəf üçün strateji önəm daşıdığını və bu istiqamətdə mühüm layihələrin həyata keçiriləcəyini bildirib.

Tədbirdə Bayraktar Teknoloji Azərbaycanın Baş texnologiya direktoru Erdoğan Akhan, Süni İntellekt komandası rəhbəri Zərəfşan Məmmədova, T3 Vəqfinin direktoru Ahmet Köse və BANM əməkdaşları iştirak ediblər.