BAYRAKTAR KIZILELMA’DAN TARİXİ SINAQ: F-16-ya KİLİTLƏNDİ, SİMULYASİYA ATIŞINDA TAM DƏQiQLİK!
Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi Bayraktar KIZILELMA səmada daha bir tarixi sınağı uğurla tamamladı. Türk Hərbi Hava Qüvvələrinə məxsus iki F-16 döyüş təyyarəsinin də iştirak etdiyi sınaqda, milli AESA Radar MURAD ilə hədəf F-16-ya kilidlənən KIZILELMA, milli hava-hava raketi GÖKDOĞANla həyata keçirilən simulyasiya atışında tam dəqiqlik nümayiş etdirdi.
TEKİRDAĞ / ÇORLU
19 NOYABR 2025
Baykarın tamamilə öz vəsaiti ilə milli və orijinal olaraq inkişaf etdirdiyi Bayraktar KIZILELMA döyüş meydanındakı effektivliyini sübut edəcək daha bir kritik mərhələni uğurla geridə qoydu. Tekirdağ Çorlu bölgəsində yerləşən AKINCI Uçuş Təlim və Test Mərkəzindən havaya qalxan milli pilotsuz döyüş təyyarəsi orta hesabla 15 min fut hündürlükdə 1 saat 45 dəqiqə davam edən uçuşunda həm F-16-larla kol uçuşu icra etdi, həm də milli radar və sursat inteqrasiyasını doğruladı. Bu uçuşla Bayraktar KIZILELMA-nın ümumi test uçuş müddəti 55 saatı keçdi.

30 MİLDƏN KİLİTLƏNDİ, SİMULYASİYA ZƏRBƏSİNDƏ TAM DƏQiQLİK!
Keçirilən “Bayraktar KIZILELMA – GÖKDOĞAN Sursatı Bağlı Uçuş və MURAD AESA Radar Performans Testi”nə Türk Hərbi Hava Qüvvələrinə aid iki F-16 döyüş təyyarəsi də qatıldı. F-16-lardan biri Bayraktar KIZILELMA ilə yaxın qol uçuşu edərək platformanın insanlı döyüş təyyarələri ilə uyğunluğunu nümayiş etdirdi, digər F-16 isə ssenari üzrə “hədəf təyyarə” rolunu oynadı.
Test çərçivəsində Bayraktar KIZILELMA, ASELSAN tərəfindən inkişaf etdirilən MURAD AESA Radarı ilə 30 mil məsafədəki hədəf F-16-nı aşkar etdi və radarla hədəfə kilitlənmə həyata keçirdi. Daha sonra qanad altında daşıdığı TÜBİTAK SAGE istehsalı GÖKDOĞAN Görüşdənkənar Hava-Hava Raketinə elektron mühitdə simulyasiya atışı icra edildi. Simulyasiya nəticəsində Bayraktar KIZILELMA yüksək manevr qabiliyyətinə malik F-16 hədəfini virtual mühitdə tam dəqiqliklə zərərsizləşdirərək hava-hava döyüş qabiliyyətində mühüm bir addım atdı.

MƏLUMAT XƏTTİ UĞURLA DOĞRULANDI
Testin ən kritik mərhələlərindən biri də təyyarə, radar və raket arasındakı rabitə infrastrukturunun sınaqdan keçirilməsi oldu. Bayraktar KIZILELMA hədəf F-16-ya kilitləndikdən sonra MURAD AESA radarından aldığı momental hədəf, mövqe və sürət məlumatlarını daşıdığı GÖKDOĞAN raketinə fasiləsiz şəkildə ötürdü. KIZILELMA ilə sursat arasındakı bu məlumat xəttinin (Data Link) uğurla doğrulanması, pilotsuz döyüş təyyarəsinin görüşdənkənar hədəfləri (BVR) zərərsizləşdirmə qabiliyyətində mühüm bir mərhələ oldu.

ÜÇ ƏSAS SINAQ EYNİ PUA-DA
Tekirdağ səmasında həyata keçirilən bu tarixi uçuşda üç müxtəlif və çətin sınaq ssenarisi eyni anda uğurla icra olundu. İnsanlı döyüş təyyarələri ilə birgə əməliyyat qabiliyyətinin nümayiş etdirildiyi F-16 kol uçuşu gələcək hava döyüş konsepsiyasına işıq tutdu. Qanad altında daşınan GÖKDOĞAN Görüşdənkənar Hava-Hava Raketinin sınağı ilə platformanın aerodinamik və aviyonik uyğunluğu təsdiqləndi. Eyni uçuşda işə salınan milli MURAD AESA radarının aşkar etmə, izləmə, kilitlenmə və məlumat ötürmə qabiliyyətləri də çətin şərtlər altında sübut olundu.

İXRACAT ÇEMPİONU
Başlanğıcdan bu günə qədər bütün layihələrini öz vəsaiti ilə idarə edən Baykar, 2003-cü ildə başlayan PUA tədqiqat və təkminləşdirmə prosesindən bu yana gəlirlərinin 83%-ni ixracatdan əldə edib. 2023-cü ildə 1.8 milyard dollarlıq ixracat həyata keçirən Baykar, Türkiyədə bütün sektorlar üzrə ən çox ixracat edən ilk 10 şirkət arasında yer aldı. Dünya PUA ixracat bazarının ən böyük şirkəti olan Baykar, 2024-cü ildə də qlobal miqyaslı uğurunu davam etdirərək gəlirlərinin 90%-ni ixracatdan əldə edib və yenidən 1.8 milyard dollarlıq ixracat reallaşdırıb.
DÜNYANIN ƏN BÖYÜK PUA ŞİRKƏTİ – BAYKAR
2023 və 2024-cü illərdə Türkiyədə bütün sektorlar üzrə ən çox ixracat edən ilk 10 şirkət arasında yer alaraq “İxracatın Çempionları” mükafatını qazanan Baykar, 2021, 2022, 2023 və 2024-cü illərdə SSB və TİM məlumatlarına əsasən müdafiə və aviasiya sektorunun ixracat lideri oldu.
2023-cü ildə sektor ixracatının üçdə birini təkbaşına həyata keçirən Baykar, 2024-cü ildə də sektor üzrə ümumi ixracatın dörddə birini təkbaşına reallaşdıraraq Türkiyəni qlobal PUA ixracat bazarında lider mövqeyə daşıdı.
Dünyanın ən böyük pilotsuz hava aparatı şirkəti olan Baykar, Bayraktar TB2 SİHA üçün 36 ölkə, Bayraktar AKINCI TİHA üçün isə 16 ölkə ilə olmaqla ümumilikdə 37 ölkə ilə ixracat müqaviləsi imzalayıb.