Xəbərin təfərrüatı

BAYRAKTAR KIZILELMA-DA "GÖRÜNMƏZ GÖZ"!
17 Noyabr 2025

BAYRAKTAR KIZILELMA-DA "GÖRÜNMƏZ GÖZ"!

Türkiyənin ilk insansız döyüş təyyarəsi Bayraktar KIZILELMA daha bir dünya ilkini gerçəkləşdirdi. Yerli imkanlarla hazırlanmış və ən müasir 5-ci nəsil döyüş təyyarələrində istifadə edilən Aşağı Görünürlüklü Elektro-Optik Hədəfləmə Sistemi TOYGUN dünyada ilk dəfə olaraq bir insansız döyüş təyyarəsinə uğurla inteqrasiya edildi.

TEKİRDAĞ / ÇORLU
17 NOYABR 2025


Baykarın tamamilə öz vəsaitləri ilə milli və özünəməxsus şəkildə hazırladığı Bayraktar KIZILELMA, Türkiyəni aviasiyada yeni mərhələyə daşıyacaq daha bir kritik qabiliyyəti sınaqdan keçirdi. Milli insansız döyüş təyyarəsinin inkişaf fəaliyyəti plana uyğun şəkildə irəliləyərkən platformaya ASELSAN tərəfindən tam yerli imkanlarla hazırlanan TOYGUN Elektro-Optik Hədəfləmə Sistemi (EOTS) uğurla inteqrasiya olundu. ASELSAN-ın infraqırmızı (IR) diapazonda ən müasir məhsulu olan TOYGUN, Bayraktar KIZILELMA-ya əməliyyat sahəsində böyük üstünlük qazandıracaq.



UÇUŞ SINAQLARINDA ÜSTÜN PERFORMANS
Ötən həftə Çorlu şəhərindəkı AKINCI Uçuş Təlim və Test Mərkəzində həyata keçirilən iki ayrı uçuş sınağında test edilən sistem yüksək performans göstərdi. Sınaqlarda müxtəlif hündürlük və müxtəlif  sürətlərdə stabil görüntü əldə edilməsi, hərəkət edən hədəflərin uzun məsafədən etibarlı təqibi və lazerlə hədəfləmə funksiyalarının yüksək dəqiqliklə işləməsi uğurla təsdiqləndi. Sistemin Kızılelma-nın birləşdirilmiş icra kompüteri ilə fasiləsiz məlumat mübadiləsi apardığı və çətin mühit şərtlərində belə performansını qoruduğu müşahidə edildi. Sınaq nəticələri, kütləvi istehsal mərhələsinin önünü açan bütün texniki kriteriyaların ödənildiyini göstərdi.

DÜNYADA BİR İLK: İNSANSIZ DÖYÜŞ TƏYYARƏSİ GÖVDƏ DAXİLİNƏ QURAŞDIRILMIŞ EOTS
Bu sınaqlar gövdə daxilinə quraşdırılmış EOTS texnologiyasının dünyada ilk dəfə bir insansız döyüş təyyarəsində tətbiq edilməsi deməkdir. F-16 kimi qırıcı təyyarələr hədəfləmə sistemlərini xarici modul şəklində daşıdığı halda, Bayraktar KIZILELMA-da bu sistemin gövdə içərisinə gizlədilməsi təyyarənin aşağı radar izi (aşağı görünürlük) qabiliyyəti üçün kritik əhəmiyyət daşıyır. TOYGUN EOTS, Bayraktar KIZILELMA-nın bu strateji üstünlüyünü qoruyaraq inkişaf etmiş hədəfləmə funksiyalarını təmin edir.

BU TEXNOLOGİYA SADƏCƏ F-35 KİMİ 5-Cİ NƏSİL TƏYYARƏLƏRDƏ VAR
Gövdə daxilinə yerləşdirilmiş bu inkişaf etmiş elektro-optik hədəfləmə sistemi insanlı təyyarələrdə yalnız ABŞ istehsalı F-35 kimi 5-ci nəsil platformalarda mövcuddur. Bayraktar KIZILELMA-ya bu texnologiyanın uğurla inteqrasiya olunması ilə birlikdə Türkiyə bu kritik qabiliyyətə sahib dünyadakı üç ölkədən biri oldu.



SÜNİ İNTELLEKT DƏSTƏKLİ YENİ NƏSİL QABİLİYYƏTLƏR
Bayraktar KIZILELMA üçün xüsusi mühəndislik ilə hazırlanan TOYGUN, insansız döyüş konseptinə uyğun optimizasiyalarla təchiz edilib. Sistem 360° dərəcə əməliyyat zamanı vəziyyətə tam hakimiyyət verən geniş spektrli skan qabiliyyətlərinə malikdir. Yüksək səviyyəli IR (İnfraqırmızı) görüntüləmə vasitəsilə uzaq məsafədən strateji hərəkətli quru və dəniz hədəflərini aşkarlaya bilir. Eyni zamanda süni intellekt dəstəkli hədəf izləmə və avtomatik hədəf çeşidləmə alqoritmləri Bayraktar KIZILELMA-nın avtonom gücünü artırır.

AŞKARLANMADAN HÜCUM ETMƏ İMKANI
Bayraktar KIZILELMA bu qabiliyyət sayəsində aşağı görünürlük üstünlüyünü itirmədən düşmən dərinliklərinə sızmağı bacaracaq. Radara görünmədən hədəfini müəyyən edə biləcək, lazerlə işarələyə biləcək və milli sursatlarla hədəfləri məhv edə biləcək.

İXRACAT ÇEMPİONU
Layihələrini ilk gündən öz vəsaitləri ilə hazırlayan Baykar, 2003-cü ildəki PUA Ar-Ge prosesinin başlanğıcından etibarən gəlirinin 83%-ni ixracatdan əldə edib. 2023-cü ildə 1.8 milyard dollarlıq ixracat həyata keçirən Baykar, Türkiyədə bütün sektorlar arasında ən çox ixrac edən ilk 10 şirkətdən biri olub. Dünyanın ən böyük pilotsuz uçuş aparatı ixracatçısı olan Baykar, 2024-cü ildə də qlobal uğurunu davam etdirib və gəlirlərinin 90%-ni ixracatdan əldə edərək 1.8 milyard dollarlıq ixracata imza atıb.



DÜNYANIN ƏN BÖYÜK PUA ŞİRKƏTİ: BAYKAR
2023 və 2024-cü illərdə Türkiyədə bütün sektorlar üzrə ən çox ixrac edən ilk 10 şirkət arasına daxil olaraq “İxracatın Şampiyonları” mükafatını alan Baykar, 2021, 2022, 2023 və 2024-cü illərdə Türkiyə Müdafiə Sənayesi Nazirliyi və Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatlarına əsasən müdafiə və aviasiya sektorunun ixracat lideri olub. 2023-də sektor ixracatının üçdə birini təkbaşına həyata keçirən Baykar, 2024-də müdafiə və aviasiya sektorunun ümumi ixracatının dörddə birini təkbaşına reallaşdıraraq Türkiyəni qlobal Silahlı PUA ixracat liderinə çevirdi. Dünyanın ən böyük pilotsuz uçuş aparatı şirkəti olan Baykar, Bayraktar TB2 SİHA üçün 36 ölkə ilə, Bayraktar AKINCI TİHA üçün isə 16 ölkə ilə olmaqla ümumilikdə 37 ölkə ilə ixrac müqaviləsi imzalayıb.