Xəbərin təfərrüatı

Selçuk Bayraktar Sumqayıt Kimya Sənaye Parkında olub (FOTO)
4 Aprel 2023

Selçuk Bayraktar Sumqayıt Kimya Sənaye Parkında olub (FOTO)

Bakı. Trend:

Ölkəmizdə səfərdə olan “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar aprelin 3-də Sumqayıt Kimya Sənaye Parkında olub.

Trend xəbər verir ki, qonağa ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün mövcud investisiya imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verilib, sənaye zonalarının təqdimatı keçirilib.

Daha sonra Selçuk Bayraktar Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidenti “STP” MMC-nin fəaliyyəti ilə tanış olub.

Kaynak: Trend News Agency