Xəbərin təfərrüatı

Selçuk Bayraktar KIZILELMA-nın yeni görüntülərini paylaşıb
18 Aprel 2023

Selçuk Bayraktar KIZILELMA-nın yeni görüntülərini paylaşıb

Türkiyənin Baykar şirkətinin texniki direktoru Selçuk Bayraktar ölkənin ilk pilotsuz döyüş təyyarəsi “Bayraktar Kızılelma”-nın yeni uçuş görünütlərini paylaşıb.

AzerPress xəbər verir ki, o, yeni görüntüləri öz rəsmi sosial media hesabında "göylərə baharı gətirən" başlığı ilə paylaşıb.

Qeyd edək ki, Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi "Bayraktar Kızılelma"-nın 14 dekabr 2022-ci ildə ilk uçuşu, 23 yanvar 2023-cü il tarixində isə ikinci uçuşu uğurla tamamlanıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Bayraktar Kızılelma”nın yaxın zamanda kütləvi istehsalının başlayacağını qeyd edib.

Kaynak: AzerPress