Xəbərin təfərrüatı

Polşa “Bayraktar” PUA-ların ikinci partiyasını əldə edib
17 Aprel 2023

Polşa “Bayraktar” PUA-ların ikinci partiyasını əldə edib

Polşa Türkiyədən “Bayraktar TB-2” zərbə pilotsuz uçuş aparatlarının (PUA) ikinci partiyasını alıb.

“Report” xəbər verir ki, bu barədə Polşa baş nazirinin müavini, milli müdafiə naziri Mariuş Blaşak tviter səhifəsində yazıb.

“Yenicə Miroslavetsdəki 12-ci pilotsuz uçuş aparatları bazasında aparılan PUA sınaqları uğurla başa çatdı”, - o qeyd edib.

Nazir xatırladıb ki, 6 “Bayraktar”dan ibarət ilk partiya 2022-ci ilin oktyabrında Polşaya təhvil verilib.

Kaynak: report.az