Xəbərin təfərrüatı

İstanbulda “Hədəf Kızılelma” sənədli filminin təqdimat mərasimi keçirilib
11 May 2023

İstanbulda “Hədəf Kızılelma” sənədli filminin təqdimat mərasimi keçirilib

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, mərasimdə “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar, həyat yoldaşı Sümeyye Bayraktar, “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar, bir sıra rəsmilər, eyni zamanda “Baykar” şirkətinin əməkdaşları və media nümayəndələri iştirak ediblər.

Sənədli filmdə “Bayraktar Kızılelma” pilotsuz döyüş təyyarəsinin hazırlanma tarixçəsindən, məqsədindən və bununla da Türkiyənin hərbi sənayəsinə veriləcək töhfədən bəhs edilir.

Qeyd edək ki, filmdə həmçinin 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin “Bayraktar” PUA-ları haqqında fikirlərinə, eyni zamanda müharibədə “Bayraktar” PUA-larının çəkdiyi tarixi görüntülərə yer verilib.

Kaynak: Report Az