Baykar Bu Tarixdən "KIZILELMA"nın Kütləvi İstehsalına Başlayacaq
Türkiyənin Baykar texnologiya şirkəti tərəfindən istehsal edilən ilk pilotsuz döyüş təyyarəsi "Kızılelma"nın 2024-cü ildə kütləvi istehsalına başlanılacaq.
Bu barədə Bizim.Media-ya Baykar şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, "Kızılelma"nın 2025-ci ildə TCG Anadolu dron gəmisindən uçuş sınaqlarına başlaması gözlənilir.
"Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi "Bayraktar Kızılelma" 100% öz kapitalı ilə 2021-ci ildə istehsal edilib. "Bayraktar Kızılelma"nın 14 dekabr 2022-ci ildə ilk uçuşu, 23 yanvar 2023-cü il tarixində isə ikinci uçuşu uğurla tamamlanıb.
Bu ilin 25 aprel tarixində "Bayraktar Kızılelma" və Pilotsuz Uçuş Aparatı "Bayraktar Akıncı" sınaq uçuşu zamanı ilk dəfə qol uçuşu həyata keçirib.
Bundan əlavə, 1 may tarixində dünyada ilk dəfə pilotsuz döyüş təyyarəsi "Kızılelma" ilə F-16 qol uçuşu həyata keçirib", - deyə məlumatda bildirilir.
Kaynak: Bizim Media