Xəbərin təfərrüatı

Haluk Bayraktar Efiopiyanın Şərəf medalı ilə təltif edildi
19 Dekabr 2023

Haluk Bayraktar Efiopiyanın Şərəf medalı ilə təltif edildi

Türkiyənin BAYKAR şirkətinin baş direktoru Haluk Bayraktar Efiopiyanın Şərəf medalı ilə təltif edilib. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, o, Efiopiyanın Şərəf medalını alan ilk əcnəbi olub.

Xatırladaq ki, "Bayraktar TB2" PUA-ları praktiki olaraq Efiopiyanı dağılmaqdan xilas edib və vətəndaş müharibəsinin sona çatmasında həlledici rol oynayıb.
Efiopiya eyni zamanda Türkiyədən "Bayraktar AKINCI" PUA-ları da alıb.