Xəbərin təfərrüatı

"Bayraktar TB3 SİHA" 27 saat fasiləsiz uçub
30 Mart 2024

"Bayraktar TB3 SİHA" 27 saat fasiləsiz uçub

Türkiyədə Baykar tərəfindən milli və bənzərsiz olaraq hazırlanmış "Bayraktar TB3 SİHA" 27 saat havada qaldığı 26-cı sınaq uçuşunu uğurla tamamlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Dünən saat 09:40-da başlayan uçuş bu gün saat 12.59-da "Bayraktar TB3"ün təkərlərinin uçuş zolağına toxunması ilə uğurla başa çatıb.

Sinifinin ən yaxşısı "ASELFLIR-500 Elektro-Optik Sistemi" ilə orta hündürlükdə sistemi və dözümlülük performansını ölçən bütün sınaqlardan uğurla keçən "Bayraktar TB3", 27 saatlıq uçuşu zamanı səmada 4 600 kilometr məsafə qət edib.

Mənbə: Operativ MM