Türkiyədə KEMANKEŞ qanadlı raketinin sınaq prosesi başlayıb
BAYKAR şirkəti tərəfindən hazırlanan yeni nəsil KEMANKEŞ 2 mini smart qanadlı raketinin sınaq prosesi başlayıb.
Ordu.az xəbər verir ki, bu barədə Türkiyə hərbi mənbələrindən bildirilib.
Məlumata əsasən, təxminən 1 saat havada qala bilən mini smart qanadlı raket, reaktiv mühərriki sayəsində sürətlə səyahət edə biləcək və düşmən xəttinin arxasındakı ən riskli hədəflərə qarşı təsirli olacaq.
200+ kilometr uçuş məsafəsi olan KEMANKEŞ 2, süni intellektlə dəstəklənən optik bələdçilik sistemi sayəsində hədəfini tanıyacaq və çətin hava şəraitində belə onu tam dəqiqliklə məhv etmək qabiliyyətinə sahib olacaq .
Türk Havacılığının Altın Çağı 🥇
— BAYKAR (@BaykarTech) April 16, 2024
Öz kaynaklarımızla milli ve özgün olarak geliştirdiğimiz #KEMANKEŞ 2 Mini Akıllı Seyir Füzesi 🏹 🚀
The Golden Age of Turkish Aviation 🏅#KEMANKEŞ 2 Mini Smart Cruise Missile that we developed indigenously and originally with our own… pic.twitter.com/pqm0zrcACv
Bundan əlavə, gecə və gündüz şəraitində istifadə oluna bilən KEMANKEŞ 2, tıxaclara qarşı texnologiyası sayəsində elektron tıxaclardan təsirlənmədən işləyə biləcək. KEMANKEŞ 2, əldə etdiyi bütün məlumat və şəkilləri yer idarəetmə stansiyasına ötürərək istifadəçiyə məlumatların izlənməsində dəstək olacaq.
Qeyd edək ki, Baykar tərəfindən strateji hədəflərə qarşı istifadə üçün milli və yerli olaraq hazırlanmış mini smart qanadlı raketin ilk versiyası olan KEMANKEŞ 1 ilk dəfə 27 aprel - 1 may tarixləri arasında Atatürk Hava Limanında keçirilən TEKNOFEST 2023 sərgisində ictimaiyyətə nümayiş etdirilib. 14 iyun 2023-cü ildə Bayraktar TB2 PUA-dan atəş açaraq ilk atış sınağını uğurla tamamlayıb.
Mənbə: Ordu.az