Xəbərin təfərrüatı

Prezident İlham Əliyev: Yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” mərkəzi yaradılacaq
29 Aprel 2023

Prezident İlham Əliyev: Yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” mərkəzi yaradılacaq

Yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” mərkəzi yaradılacaq.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışında bildirib.

Dövlətimizin başçısı deyib: “Selçuk bəy bu ayın əvvəlində, aprelin 3-də Azərbaycanda olarkən biz gələcək işbirliyi haqqında danışdıq və “Bayraktar” mərkəzinin Azərbaycanda yaradılması haqqında anlaşdıq. İnşallah, yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” mərkəzi yaradılacaq”.

Kaynak:AZERTAG