Hədəf KIZILELMA sənədli filminin ikinci hissəsinin yayım tarixi məlum olub
Hədəf KIZILELMA sənədli filminin ikinci hissəsinin yayım tarixi açıqlanıb.
AzerPress məlumat verir ki, Türkiyənin müdafiə və aerokosmik sənayesində yeni dövrün qapılarını açan Bayraktar KIZILELMA İnsansız Döyüş Təyyarəsinin inkişaf tarixini əks etdirən “Hədəf KIZILELMA” sənədli filminin ilk bölümü mayın 10-da keçirilən qala gecəsində ekranlara gətirilib.
Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi Bayraktar KIZILELMA-nın inkişaf mərhələlərindən və Baykarın pilotsuz uçuş aparatının inkişaf tarixindən bəhs edən "Hədəf KIZILELMA" sənədli filminin ikinci hissəsi 8 iyul şənbə günü saat 20:00-da Baykarın YouTube kanalında yayımlanacaq. Həmçinin bu sənədli filmdə Bayraktar KIZILELMA-nın 14 dekabr 2022-ci il tarixindəki ilk uçuşundan bu günə qədər maraqla gözlənilən inkişaf prosesində baş verənlər yer alacaq.
AKINCI sənədli filminin rejissoru Altuğ Gültan və Burak Aksoy tərəfindən aylarla davam edən filmin çəkilişləri İstanbuldakı Özdemir Bayraktar Milli Texnologiya Mərkəzində və Bayraktarın test sınaqlarının baş tutduğu Tekirdağın Çorlu rayonunda yerləşən AKINCI uçuş tədris və test mərkəzində aparılıb. Sənədli filmin çıkilişinə 2022-ci ilin fevralında başlanılıb və təxminən 9 aya tamamlanıb.
Filmin ilk nümayişi 10 may 2023-cü il tarixində İstanbul Konqres mərkəzində 5 mindən çox qonağın iştirakı ilə keçirilib.
Baykar şirkətinin idarə heyətinin sədri və texnologiya rəhbəri Səlcuq Bayraktar və şirkətin baş direktoru Haluk Bayraktar filmin ikinci hissəsində verdikləri müsahibələrdə KIZILELMA və Baykarın keçdiyi inkişaf yolundan danışıblar. Türkiyənin yüksək texnologiyalı məhsulu olan Bayraktar pilotsuz hava vasitələrinin hekayəsi, Hədəf KIZILELMA sənədli filminin ikinci hissəsində nümayiş olunacaq.
Hedef KIZILELMA sənədli filmində Baykar şirkətinin yüksək texnologiyalı inkişaf tarixinin şahidi olan təqaüdçü hərbçilər, mühəndislər və jurnalistlərin müşahidələrini öz rakurslarından danışdıqları səhnələr də yer alıb. Milli pilotsuz uçuş aparatının inkişaf tarixini erkən dövrlərdən izləyən jurnalistlər Yağız Şenkal, Güntay Şimşək və İlker Akgüngör də bir jurnalistl gözü ilə öz fikirlərini tamaşaçılara çatdırırlar. Türkiyə Baş qərargahın ikinci sabiq rəisi, təqaüddə olan admiral Ergin Saygun və briqada generalı Ömər Faruk Küçük Bayraktar ailəsi ilə yollarının necə kəsişdiyindən, Baykarın keçdiyi çətin yoldan danışırlar. Milli Texnologiya Hərəkatı idealının öncüsü mərhum Özdemir Bayraktarın qardaşı Ömər Bayraktar, Bayraktar KIZILELMA sənədli filmində izləyicilərə əzmlə apardığı mübarizə sayəsində qazandığı uğurlardan danışır.
İki prototipi bu günə qədər uğurla istehsal edilən Bayraktar KIZILELMA pilotsuz döyüş təyyarəsi, Bayraktar AKINCI hücum pilotsuz uçuş aparatı, SoloTürk və Türk Ulduzları ilə dəfələrlə donanma konseptində qol uçuşları həyata keçirərək aviasiya tarixində yeni bir çığır açıb. 2023-cü il 27aprel - 1 may tarixləri arasında keçirilmiş TEKNOFEST-də ilklərə imza atılıb. Aviasiyada yeni dövrün qapılarını açan Bayraktar KIZILELMA, inkişaf və istehsal fəaliyyətlərini davam etdirir. Milli pilotsuz döyüş təyyarəsinin kütləvi istehsalına 2024-cü ildə başlanılması planlaşdırılır.
2023-cü il aprelin 10-da keçirilən inventara qəbul mərasimində dünyanın ilk SİHA gəmisi olan TCG Anadolu-nun uçuş göyərtəsində Bayraktar KIZILELMA və Bayraktar TB3 SİHA yer alıb. Mərasimdə ikinci prototipi istehsal edilən Bayraktar KIZILELMA İnsansız Döyüş Təyyarəsinin 2025-ci ildə TCG Anadolu gəmisindən uçuş sınaqlarına başlaması gözlənilir. TCG Anadolu Gəmisi, Bayraktar KIZILELMA və Bayraktar TB3 SİHA-nı İstanbul və İzmirdə yüz minlərlə vətəndaş ziyarət edib.
100% Baykar şirkətinin öz kapitalı ilə yola çıxdığı Bayraktar KIZILELMA layihəsi 2021-ci ildə başlayıb. 14 Noyabr 2022-ci ildə istehsal xəttindən çıxan TC-ÖZB quyruq nömrəsi ilə Bayraktar KIZILELMA, Çorludakı AKINCI uçuş tədris və test mərkəzinə köçürülüb. Buradakı test sınaqlarını uğurla başa vurduqdan sonra 14 dekabr 2022-ci ildə ilk uçuşunu edib.
Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olan Bayraktar KIZILELMA, hava-yer missiyaları ilə yanaşı, süni intellekt qabiliyyəti ilə havadan-havaya döyüş aparacaq. Bayraktar KIZILELMA pilotsuz döyüş təyyarəsi, aşağı radar kəsiyi sayəsində Türkiyə müdafiə sənayesinin gücünə güc qatacaq. Qısa uçuş-enmə zolağı gəmilərindən qalxma və enmə qabiliyyəti ilə döyüş meydanında inqilab edəcək bir platforma olacaq Bayraktar KIZILELMA, bu qabiliyyəti sayəsində xaricdəki missiyalarda mühüm rol alacaq və Türkiyənin hava müdafisəsində strateji vəzifələri yerinə yetirəcək. 8,5 ton uçuş çəkisi və 1 500 kq yük daşıma qabiliyyəti olan Bayraktar KIZILELMA, milli AESA radarı ilə də yüksək situasiya məlumatlılığına sahib olacaq.
Kaynak:AzerPress