Xəbərin təfərrüatı

Bayraktar TB3 SİHA ilk qaçış testini uğurla başa vurub
14 Oktyabr 2023

Bayraktar TB3 SİHA ilk qaçış testini uğurla başa vurub

Türkiyənin qatlana bilən qanad quruluşuna malik TB3 Silahlı Pilotsuz Uçuş Aparatı (PUA) ilk qaçış sınağını uğurla başa vurub.

TurkicWorld-un məlumatına görə, Türkiyənin Baykar şirkəti tərəfindən milli və bənzərsiz olaraq hazırlanmış Bayraktar TB3 SİHA, ilk uçuşu üçün günləri sayır.

Qatlana bilən qanad quruluşu ilə TCG Anadolu kimi qısa uçuş-enmə zolağı gəmilərindən qalxıb enmə qabiliyyətinə malik dünyada ilk silahlı pilotsuz uçuş aparatı olacaq TB3 PUA, ilk qaçış sınağını müvəffəqiyyətlə tamamlayıb.

Bayraktar TB3 həm də uzaq məsafələrdən idarə oluna bildiyi üçün görüş xəttinin kənarında ünsiyyət qabiliyyətinə sahib olacaq. Belə ki, daşıdığı ağıllı döyüş sursatları ilə xaricdəki hədəflərə qarşı kəşfiyyat-müşahidə, kəşfiyyat və hücum missiyaları yerinə yetirərək Türkiyənin çəkindirici gücünə çarpan təsir göstərəcək.

Qeyd edək ki, Bayraktar TB3, qısa müddətdə Bayraktar TB2 üzərində inkişaf etdirilib. Qatlana bilən qanadları, SATCOM yükü, 1 450 kiloqram uçuş çəkisi, 24 saat havada qalma müddəti, 6 silah stansiyası və yüksək hündürlükdə fəaliyyət göstərmək qabiliyyətinə malikdir. Bayraktar TB3-ün sahib olacağı imkanlar bu sinifdəki pilotsuz uçuş aparatları üçün əhəmiyyətli bir yenilik olacaq.

Kaynak:Turkic World