"Baykar": KEMANKEŞ 2 Qanadlı Raketinin Sınağı Uğurla Davam Edir
“”Baykar” tərəfindən hazırlanmış yüksək texnologiyalı pilotsuz sistemlərin sınaqları uğurla davam edir. Ədirnənin Keşan rayonundakı Baykar Uçuş Tədris və Sınaq Mərkəzində həyata keçirilən KEMANKEŞ 2 mini ağıllı qanadlı raketinin sınaq prosesi də uğurla həyata keçirilir”.
Bu barədə Bizim.Media-ya “Baykar” şirkətinin ictimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.
Bildirilib ki, KEMANKEŞ 1-dən sonra KEMANKEŞ 2 də sınaqlardan uğurla keçir.
“Test cədvəli çərçivəsində həyata keçirilən ikinci sistem yoxlama testi də uğurla başa çatıb. Təxminən 1 saat havada qala bilən mini smart qanadlı raket, reaktiv mühərriki sayəsində sürətlə səyahət edə biləcək və düşmən xəttinin arxasındakı ən riskli hədəflərə qarşı təsirli olacaq. 200+ kilometr uçuş məsafəsi olan KEMANKEŞ 2, süni intellektlə dəstəklənən optik bələdçilik sistemi sayəsində hədəfini tanıyacaq və çətin hava şəraitində belə onu tam dəqiqliklə məhv etmək qabiliyyətinə sahib olacaq”, - deyə “Baykar”dan bildirilib.
Qeyd edək ki, “Baykar” tərəfindən strateji hədəflərə qarşı istifadə üçün milli və yerli olaraq hazırlanmış mini smart qanadlı raketin ilk versiyası olan KEMANKEŞ 1 ilk dəfə 27 aprel-1 may tarixləri arasında Atatürk Hava Limanında keçirilən TEKNOFEST 2023-də ictimaiyyətə nümayiş etdirilib. 14 iyun 2023-cü ildə Bayraktar TB2 PUA-dan atış edərək ilk atış sınağını müvəffəqiyyətlə tamamlayıb”.
Mənbə: Bizim.Media